Menu
Geri İrəli

TQDK nəticələri açıqladı

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2015 • Baxış sayı: 438 dəfə • Şərh yoxdur
TQDKTələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015/2016-cı tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələrini elan edib.
TQDK-dan verilən məlumata əsasən, abituriyentlər müsabiqənin nəticələrini TQDK-nın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Müsabiqənin nəticələrinə əsasən, boş qalan 2202 plan yerinin müsabiqəsində iştirak etmək üçün 3171 abituriyent ərizə təqdim edib.
Onlardan 1796 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qəbul olanlar avqustun 12-dən 18-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın