Menu
Geri İrəli

Azərbaycanda 23 rayonda internet olmayacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2017 • Baxış sayı: 232 dəfə • Şərh yoxdur
Share Button
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti internet istifadəçilərini sürətli və keyfiyyətli internet xidmətləri ilə təmin etmək məqsədilə həyata keçirdiyi layihə üzrə işləri davam etdirir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır.

Bu məqsədlə oktyabrın 11-i (10-dan 11-nə keçən gecə) Goranboy, Beyləqan, Bərdə, Ağcabədi, Ağstafa, Astara, Biləsuvar, Yevlax, İsmayıllı, İmişli, Şəmkir, Sabirabad, Qəbələ, Tovuz, Ağdaş, Saatlı, Siyəzən, Zərdab, Cəbrayıl, Gədəbəy, Xızı, Oğuz, Şabran rayonları üzrə işlər aparılacaq.

Texniki yenilənmə işləri ilə əlaqədar oktyabrın 11-də saat 02:00-dan 08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın