Menu
Geri İrəli

Bil Qeyts yenə birinci oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Avqust 2015 • Baxış sayı: 303 dəfə • Şərh yoxdur

80bd12af2cede70cddacc9690b5de7deDünyanın ən məhşur biznes jurnalı olan “Forbes”in sonuncu nəşrində informasiya və yüksək texnologiyalar sahəsində 2015-ci ilin ən uğurlu sahibkarlarının reytinqi dərc edilib.

“Report”un RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, siyahıya amerikalı biznes maqnatı, filantrop, “Microsoft” şirkətinin yaradıcısı Bil Qeyts başçılıq edir. Onun 79.6 milyard dollara sahib olduğu bildirilir.

İkinci pillədə “Oracle” şirkətinin sahibi Larri Ellison qərarlaşıb (50 milyard dollar). Üçlüyü “Amazon” portalının hissə sənədlərinin 90 faizinə sahib olan Ceff Bezos (47.8 milyard dollar) tamamlayır.

“Onluğa” “Facebook”un qurucusu Mark Zukeberq (41.2 milyard dollar), “Google” şirkətinin təsisçisi Larri Peyc (33.4 milyard dollar) və “Apple” şirkətinin mərhum qurucusu Stiv Cobs-un həyat yoldaşı – Loren Pauell-in (21.4 milyard dollar) adları da daxil edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın