Menu
Geri İrəli

Brauzer yaradan Azərbaycanlı gənc kimdir?

Müəllif: Sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2015 • Baxış sayı: 1,202 dəfə • 1 şərh
12004049_10200835554487438_3905533572569145674_nAzərbaycanda gənclərimizin bir çox bacarıqları var, lakin gənclərimizi önə çıxa bilmir. Qərara gəldim ki bəzi yetənəyi olanları ön plana çixardım. Bu gün gənc fəal Şamxal Hüseyn haqqında məlumat topladım və sizlərlə bölüşürəm. Şamxal Hüseynli-18 oktyabr 1997-ci ildə Biləsuvar rayonunda dünyaya gözlərin açıb. Ilk təhsilini Bakı şəhərində yerləşən 14 saylı orta məktəbdə alıb. Ibtidai sinifi bu məktəbdə başa vurub, ardından burdakı təhsili kifayət bilməyən Şamxal, Bakı Slavyan Universtetinin nəzdində yerləşən lisey kompleksinə imtahan verərək bura yüksək qiymətlərlə qəbul oldu. Bəli həyatının ilk sınağı, imtahanı və onun öhtəsindən gəldi halbu ki, bunu 100-ri başara bilməmişdi. Burda həyatının növbəti səhifəsi açıldı adətən. Elə 6-cı sinifdə liseyin və Slavyan Universtetinin təşkilatı ilə keçirilmiş bir şahmat turnirində Şamxal özundən böyük yaşıdlarınıda yenərək liseyin ən güclüsü olmağı bacardı. Bu uğurun altındada Şamxalın gənc yaşlarından şahmata olan marağınnan qaynağlanır. 11 yaşında olarkən Şamxal bir şahmat turnirində qrasmestr Teymur Recəbovla qarşı-qarşıya gələcək qədər inkişaf edə bilib. Şamxal həmçinin liseyin sosyal həyatındada mühim rolu olan şagirdlərdən olub. “SFERA” dram studiyasının rəhbəri Fikriyə xanım, Şamxalın məktəb daxilində baş tutan bütün tədbirlərə qatırdıq, çünki bacarıqlı və istedadlı şagirdlərimizdən idi. 2012-ci ildə “SFERA” dram studiyası Şamxalı Fəxri Fərmanla təltif edir. Və liseyin bütün şagirdləri ayağüstə alqışlayıllar 9-cu sinif şagirdini. Şamxal Hüseyn daha sonra SOCAR-ın keçirtdiyi “Ətraf Mühiti Qoruyaq” layihəsinə verdiyi töhvəyə görə, SOCAR-ın tərifnaməsi ilə təltif olunub. Və həmçinin təmsil olduğları liseyi Şamxal vē digər məktəb yoldaşları çempion edillər. Bunun kimi bir çox konfranslar və diplomlar…… Ama hamısını sadalamağada vaxt olmur. Şamxal 2014-cü ildən böyük addımlara atılır. Sinif yoldaşı ilə birlikdə Azərbaycanın ilk mobil internet brouzerinin qurulması üçün addımlar atmağa başlayıllar. Bunada müvəffiq olullar, elə bu 2014-ün sonunda Azərbaycanın ilk mobil imternet brouzeri yaradılır. “ButterFly” kimi adlanan bu brouzer kiçik bir zaman içinde Google Play Marketde 2000 yükləməni ötür həmdə tam 12 ölkədən. Daha sonra Şamxal və dostu bu layihəni “Sabahın Alimləri 4″ Respublika Olimpiyadasına təqdim edillər. 1500-ə yaxın təqdim olunmuş layihələrdən yalnız 106-sı layihədə iştirak hüququ qazanır. Elə “ButterFly” bunu bacarır. Iştirak hüququ verilir. 2015-ci ildə baş tutan layihənin açılış mərasiminə qatılan Respublikamızın Təhsil Naziri Mikayl müəllim Cabbarov bu layihə haqqında Şamxal və dostunnan daha yaxınnan bilgi aldı. Və beləcə 14 fevral 2015-ci il tarixində isə, yani müsabiqənin final günündə “ButterFly” brouzeri 106 layihə içərisində 2-ci yerlə təltif olunur. Mükafatı Şamxala Azərbaycan Dövlət Iqtisad Universtetinin rektoru professor Ədalət Muradov təltif etdi. “Böyük uğurlara addım-addım gedilər” deyən Şamxal Hüseyn bu uğurlardan sonra bəzi qazetlərə və həmçinin Azərbaycan televiziyasında yayımlanmağda olan MAG(Müasir Azərbaycan Gənci) verlişinin qonağı olaraq öz uğurların bölüşüb. Ardından daha çətin bir olay baş verir. Şamxal Hüseynin layihəsi Çində “4-cü Beynalxalq Elm və Bilik festivalına” seçilən 3 layihədən biri olur. Bir sıra problemlərə görə yarış üçün Çinə gedə bilməyən Şamxalın dostu, elə dostu Şamxalın işin birazda çətinə saldı. Şamxal Hüseyn 2015-ci ilin aprel ayında 1 həftəlik Çin Xalq Respunlikasında keçirilən Beynalxalq Festivalda bu dəfə liseyi yox, Ölkəmizi, Azərbaycanımızı təmsil edirdi. Elə burdanda alnı açığ döndü Şamxal və Azərbaycan heyəti. Ermənistanında qatıldığı layihədə Azərbaycan 64 ölkə içində 1-ci yer tutdular. Çin qazətleri bu uğuru gündəmə alaraq öz qazetlərində dərc etdilər. Vətənə dönən Şamxalı məktəbdə direktor və müəllim heyəti təbrik edir və onunla qürur duyduğunu deyirdilər. “Butterfly” brouzeri isə boş durmadi. Amerikanın məşur INTEL Texnologiya şirkəti bu layihəyə xüsusi qrant ayırdi. INTEL şirkətinin meneceri Wendy Hawkins, “bu layihə bu ay ən çox marağ dairəsinə düşdü”- deyərək öyunərək layihənin üstünlüyündən danışdı. Bu uğurların ardınnan Bakı Slavyan Universtetinin rektoru professor Asif Hacıyev müəllim heyətini toplayaraq növbədən kənar iclas keçirdmək qərarı alır. Səbəb isə Şamxal və sinif yoldaşını təbrik etmək və qazandığları mükafatı Universtete taniltmağ idi.
Bundan sonra Şamxal Hüseyn məktəbin son günündə, yani son zəgde məzun olan 200-ə yaxın şagird içərisinde ən yaxşı 5 şagird məktəbin “Fəxri Məzun” titulunu qazanacag idilər. Elə bu ödüldə Şamxala nəsi olsu.
Dostlari ilə hərzaman xoş dil tapan Şamxal heç birzaman heç bir dostu ilə konflikt yaşamadı 11 illik təhsili ərzində. Bu cür gəncləri taniltmaq bizim üçün qururdu, bu cür gənclərimiz çoxdu sadəcə tapa bilmirik.
11249765_10200835550847347_7829414788162824464_n 11996897_10200835551687368_3259459817141969912_n 12004049_10200835554487438_3905533572569145674_n 12004883_10200835547287258_5885600330806897381_n 12027642_10200835546967250_314660098239551995_n 12036814_10200835546287233_9014626055979238094_n 12038289_10200835552407386_4110982857947068626_n
Hazırladı: Sevinc Salehqızı
Facebook Şərhləndirmə:

“Brauzer yaradan Azərbaycanlı gənc kimdir?” yazısına bir cavab

  1. Sevda deyir:

    Eşq olsun belə gənclərimizə!! Qürur duydum!!!

Şərhinizi yazın