Menu
Geri İrəli

Ərdoğan: “Lazım olsa, “Youtube” ilə “Facebook”u bağlayarıq”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2014 • Baxış sayı: 292 dəfə • Şərh yoxdur

2964

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan canlı yayımda gündəmlə bağlı bir sıra açıqlamalar verib.

ANS PRESS-in xəbərinə görə, Ərdoğan internet qanunu ilə əlaqədar olaraq martın 30-da sonra yeni tənzimləmələr ediləcəyini açıqlayıb.

“İnternet qanununa məlum idarələr etiraz etdilər. Edə biləcəyimiz qədərini etdik. O sahədə də martın 30-dan sonra atacağımız yeni addımlar var. Bu mövzuda ciddiyik. Bu milləti “Youtube”a, “Facebook”a qurban verə bilmərik. Lazım olsa, bağladarıq” – deyə Ərdoğan internet qanunu ilə bağlı açıqlamasında bildirib.

Qeyd edək ki, bu gecə Türkiyənin özəl telekanallarından birində jurnalistlərin suallarına cavab verən Ərdoğan sözügedən çıxışında müxtəlif mövzulara toxunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın