Menu
Geri İrəli

“Facebook” “WhatsApp” istifadəçilərinə sürpriz hazırlayır – YENİLİKLƏR

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2014 • Baxış sayı: 380 dəfə • Şərh yoxdur

WhatsAppYeni “WhatsApp” nələr olacaq?

Hazırda internet və ağıllı telefon istifadəçilərinin mesajlaşmaq üçün ən asan yol hesab etdiyi və milyonlarla insanın yararlandığı “WhatsApp” mesajlaşma xidmətinə ediləcək dəyişikliklərin nələrdən ibarət olacağıdır.

Ailem.az-ın xəbərinə görə, ötən həftə 19 milyard dollara “Facebook” sosial şəbəkəsinə satıldıqdan sonra bir sıra problemlər yaşanan və işləməyən “WhatsApp”da yeniliklər həyata keçiriləcək.

Xəbərə görə, yeniliklərdən biri bu olacaq ki, “Facebook”da dostluq siyahınızda olan və nömrəsi qeyd edilən hər kəs avtomatik olaraq sizin “WhatsApp” siyahınıza da əlavə olunacaq.

Başqa bir dəyişiklik isə istifadəçilərin qanını qaraldacaq. Belə ki, xəbərə görə, “WhatsApp”a ediləcək dəyişikliklə sizin nömrəniz mesaj yazdığını şəxsin kontaktında yoxdursa, sizdən əlavə pul çıxılacaq.

Bundan əlavə, növbəti aydan etibarən “WhatsApp”da reklamların verilməyə başlanacağı bildirilir. Mesajlaşma zamanı araya girən linklər görsəniz, narahat olmayın.

Daha bir dəyişikliklə isə “WhatsApp” yazacağını statusunuz “Facebook” hesabınızda da görünəcək.

Digər deyilənlərə görə, “WhatsApp” pulsuz olacaq, ancaq ildə bir dəfə ödəniş tələb ediləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın