Menu
Geri İrəli

İcra hakimiyyəti orqanlarında elektron xidmətlərlə bağlı yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2014 • Baxış sayı: 337 dəfə • Şərh yoxdur

47274

İcra hakimiyyəti orqanlarının elektron xidmətlər göstərilməsi qaydalarında dəyişikliklər edilib.

ANS PRESS-in məlumatına görə, Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.

Qərara əsasən, Azərbaycan Respublikasında qeyri-kommersiya hüquqi şəxslərin və təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi dəyişiklikləri edilib.

Digər bir yeniliyə görə, Azərbaycan Respublikasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə kommersiya hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi nəzərdə tutulur.

Bununla yanaşı Azərbaycan Respublikasında dini qurumların dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə dini qurumun ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərcolunma faktını təsdiq edən sənədin verilməsi qərara alınıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın