Menu
Geri İrəli

Mark Zukerberqin nəcib hərəkəti

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2015 • Baxış sayı: 381 dəfə • Şərh yoxdur
Share Button

43288Facebookun yaradıcısı Mark Zukerberq həyat yoldaşı Pristsilla Çanla xeyriyyə məqsədilə şirkət üzrə səhmlərinin 99 faizini ianə edəcək. Bu barədə Zukerberq özü Facebookdakı hesabında məlumat paylaşıb. Məlumata görə, Zukerberq Maks adlı qızının dünyaya gəlməsi münasibətilə, mülkiyyətinin böyük hissəsini “dünyanı daha yaxşı” etmək üçün “Çan-Zukerberq Təşəbbüsü” adlı xeyriyyə fonduna hədiyyə edib. Facebook təsisçisinin dediyinə görə aktivlərin ümumi məbləği nə az, nə çox düz 45 milyard dollara yaxındır.

O bildirib ki, “Çan Zukerberq Təşəbbüsü”nün əsas hədəfi, insan potensialının tərəqqisi və bütün uşaqlar üçün bərabərliyin bərqərar olmasıdır. Əsas maliyyə vəsaiti, təlim-tədris, müalicə, insanlar arasında əlaqələrin inkişafı və daha güclü icmaların qurulmasına yönələcək. Zukerberq övladının doğulması ilə bağlı 2 aylıq məzuniyyətə çıxdığını bildirib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın