Menu
Geri İrəli

Planşetlər 2014-cü ildə bazara “ağalıq” edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Noyabr 2013 • Baxış sayı: 378 dəfə • Şərh yoxdur

ipad-128gb

“Canalys” analitik şirkətinin yeni araşdırmasına əsasən, 2014-də fərdi kompüter (FK) bazarında planşetlərin bazar payı 50%-ə çatacaq.

 “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, ekspertlərin gəldiyi nəticəyə əsasən, noutbuk və stasionar kompüter tədarüklərinin davamlı azalmasına baxmayaraq 2013-cü ilin üçüncü rübündə qlobal FK bazarının artım tempi 18% təşkil edib. Bu halda planşetlərin tədarük həcmi hesabat dövründə 40%-ə çatıb.
“Canalys” şirkətinin fikrincə, planşetlərin “ağalığı” 2014-cü ildə də davam edəcək və sözügedən qurğuların ümumi tədarük həcmi 285 milyon olacaq. Analitiklər hesab edirlər ki, 2017-ci ilədək bu göstərici 396 milyona çatacaq.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın