Menu
Geri İrəli

“WhatsApp” istifadəçilər üçün daha bir – YENİLİK

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Oktyabr 2017 • Baxış sayı: 443 dəfə • Şərh yoxdur
Share Button

votcap“WhatsApp” messenceri “iOS” əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində audio və video zənglər funksiyasını sınaqdan keçirir.

sumqayitxeber.com AZƏRTAC-a istinadən  xəbər verir ki, bu barədə “iPhone” üçün proqramın son beta-versiyasında aşkar edilmiş koda istinadla “WABetaInfo” portalı məlumat yayıb.

Yeni xidmətin pullu və ya pulsuz olacağı bilinmir. Bundan başqa, qrup zənglərinin “WhatsApp” messencerinin yalnız korporativ istifadəçilər üçün xüsusi versiyasında əlçatan olacağı da istisna deyil.

Digər yeniliklər arasında qrup çatlarını idarə etmək üçün genişləndirilmiş alətlər dəstinin təqdim olunacağı gözlənilir.

“WhatsApp” messenceri internet üzərindən mətn mesajları və şəkillər göndərməyə imkan verir. İstifadəçi bu halda yalnız operatorun tarifi üzrə trafikin haqqını ödəyir. 2017-ci ilin iyulunda xidmətin gündəlik auditoriyası 1 milyard istifadəçini ötüb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın