Menu
Geri İrəli

İsti havada sükandan uzaq durun! – Sumqayıtdan VİDEOREPORTAJ

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2017 • Baxış sayı: 604 dəfə • Şərh yoxdur
Share Button

1502273950_22Artıq neçə gündür ki, hidrometroloqlar isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir.Gündüz saatlarında uzun müddət açıq havada vaxt keçirmək məsləhət görülmür. Təbii ki,sükan arxasında olanlara bu xəbərdarlıqdan daha çox pay düşür. Yüksək temperaturda nəqliyyat vasitəsini idarə etmək təhlülkəlidir. Mütəxəssizlər isti hava şəraitində sürücülərə məsləhət görürlər ki,  eyni zamanda avtomobillərin texniki vəziyyətinə nəzər salınmalı və çatışmazlıqlar aradan qaldırılmalıdır. Həkimlər isə deyir ki, isti havada normadan çox maye qəbul edilməlidir. Həmçinin yola çıxan sürücü əvvəlcədən hazırlıq görməlidir. Ürək çatışmazlığı olan sürücülər yay aylarında özlərini istidən qorumalıdır. İsti havalar ürəkçatışmazlığının dərinləşməsinə, tənginəfəsliyin artmasına və daha ciddi ağırlaşmalara səbəb ola bilər. Bir müddət öncə Daxili İşlər  Nazirliyinin Baş Dövlət Yol Polisi isti havalarla bağlı sürücülərə müraciət də edib. Sürücülərdən özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə günün isti vaxtlarında fərdi nəqliyyat vasitələrindən, xüsusilə soyuducu sistemlərlə təchiz olunmayan istismar müddəti çox olan köhnə avtomobillərdənmümkün qədər az istifadə etmələri, uzaq məsafəli səfərlərə çıxmamaları xahiş edilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın