Menu
Geri İrəli

“Sumqayıt Şəhər” “İnter”i büdrədə bilmədi

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Sentyabr 2011 • Baxış sayı: 321 dəfə • 1 şərh

Futbol üzrə Unibank Premyer Liqasında IV turdan təxirə salınmış “Sumqayıt Şəhər” – “İnter” matçı keçirilib. 

Lent.az-ın məlumatına görə, ötən həftəsonu “Qarabağ”la heç-heçə edərək ilk xalını qazanan Sumqayıt təmsilçisi bu dəfə məğlubiyyətlə üzləşib – 0:2. Hər iki qol ikinci hissədə vurulub. 71-ci dəqiqədə Arif Daşdəmirov hesabı açıb. Hakimin əsas vaxta əlavə etdiyi ikinci dəqiqədə isə Samir Zərgərov yekun nəticəni müəyyənləşdirib. Bu qələbə sayəsində “İnter” xallarını 9-a çatdırıb. 5 oyundan sonra baş məşqçi Kaxaber Tsxadadzenin komandası eyni xala malik “Kəpəz”lə 3-4-cü yerləri bölüşdürür. “Sumqayıt Şəhər” isə 1 xalla sonuncu – 12-ci pillədə qalıb.LENT.AZ

Facebook Şərhləndirmə:

““Sumqayıt Şəhər” “İnter”i büdrədə bilmədi” yazısına bir cavab

  1. Cek Li Taran deyir:

    Belə getsə komandanın adının dəyişdirilməsi gündəmə gələ bilər. “Sumqayıt Şəhər” adının “Sumqayıt Kədər” adı ilə əvəz olunması daha məntiqli olardı…

Şərhinizi yazın