Menu
Geri İrəli

20 Yanvar hadisələri Sumqayıtda silsilə tədbirlərlə qeyd olunur

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Yanvar 2014 • Baxış sayı: 618 dəfə • Şərh yoxdur
Share Button

801913«Azərikimya» İstehsalat Birliyində də 20 Yanvar hadisələrinin 24-cü ildönümü silsilə tədbirlərlə qeyd olunur. Birlikdən “Xeberle.com”-a verilən məlumata görə, artıq birliyin Nəqliyyat və Xüsusi Texnika İdarəsində, «Kimyaelmitədqiqatlayihə» İnstitutunda və Anbar Təsərrüfatında belə anım mərasimləri keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Çıxış edənlər qeyd ediblər ki, 24 il öncə – 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının nəhəng hərb maşını müstəqillik uğrunda aparılan milli azadlıq mübarizəsini qan gölündə boğmaq üçün bir neçə istiqamətdən Bakı üzərinə yeridi. XX əsrdə insanlığa qarşı törədilmiş zorakılığın, qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlilərindən biri olmaqla, hər birimizin yaddaşına «qanlı şənbə ge­cəsi» kimi həkk olunan bu hərbi təcavüz nəticəsində yüzlərlə vətəndaşımız şəhidlik zirvəsinə yüksəldi. Yaralananların, itkin düşənlərin sayı isə qat-qat artıq idi. Bu, yalnız yüzlərlə insanlara edilən qəsd deyil, bütövlükdə xalqımıza, millətimizə və respublikamıza qarşı həyata keçirilən bir cinayət aksiyası idi.

Anım mərasimlərində 20 Yanvarın öz torpaqlarının müdafiəsinə qalxmış, haqsızlığa və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış, bunun müqabilində güclü və qansız düşmənlə üz-üzə qalmış dinc, əliyalın insanların mərdlik, rəşadət, qürur və qəhrəmanlıq tarixi olduğu ön plana çəkilib.

Natiqlər vurğulayıblar ki, 20 Yanvar faciəsindən dərhal sonra Ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndə­liyinə gəlmiş, Bakıda baş verənlərlə bağlı həqiqəti bütün dünyaya çatdıraraq, bu cina­yətin birbaşa təşkilatçısı olan o vaxtkı SSRİ rəhbərliyini əli qana bulaşmış qatil adlandır­mışdır. «Biz Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlə­rimizlə fəxr edirik. Onların xatirəsi bizim qəlblərimizdə həmişə yaşaya­caq­dır» deyən  Ulu öndər H.Əliyev 20 Yanvar şəhidlərini «müstəqilliyimizin ilk qaranquşları» adlandırmış və 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də onun ikinci dəfə haki­miyyətə qayıdışından sonra verilib.

Tədbir iştirakçıları Azərbaycanın azadlığı və torpaqlarımızın müdafiəsi uğrunda canla­rını qurban vermiş soydaşlarımızın xatirəsinin xalqımızın qəlbində daim yaşayacağına əmin olduqlarını bildiriblər.

20 Yanvar hadisələrinə həsr olunmuş anım mərasimlərinin qarşıdakı günlərdə  «Azərikimya» İstehsalat Birliyinin Təmir-tikinti İdarəsində, Etilen-polietilen zavodlarında və Birliyin baş ofisində də keçirilməsi nəzərdə tutulub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın