Menu
Geri İrəli

29 illik həbsdən çıxdı, toyuq oğurluğuna görə tutuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 14 İyun 2009 • Baxış sayı: 435 dəfə • Şərh yoxdur

6 ay əvvəl həbsdən çıxan Gəncə sakini yenidən zindana qayıtdı İyunun 13-də Kəpəz rayon Polis şöbəsi əməkdaşları tərəfindən 29 il məhkumluq həyatı yaşamış Gəncə sakini toyuq oğurluğuna görə tutulub. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Kəpəz rayon Polis şöbəsindən məlumat verilib. Məlumata görə, iyunun 7-də Gəncənin müxtəlif ərazilərində yaşayan şəhər sakinləri Ələkbərov Nizami Xəlil oğlu və Qəmbərova Zemfira Zeynalabdin qızı Kəpəz rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, saxladıqları toyuqların oğurlandığını bildiriblər. Axtarış tədbiri nəticəsində toyuqları oğurlayanın 18 yaşından soyğunçuluq, oğurluq, xuliqanlıq, qanunsuz silah saxlama, qəsdən adam öldürməyə görə 29 il məhkumluq yaşayan Gəncə sakini Abdullayev Əbülfət Nazım oğlu olduğu ortaya çıxıb. Əbülfət Abdullayev sonuncu dəfə 15 il həbsdə yataraq, 6 ay əvvəl azadlığa buraxılıb. Saxlanılan şəxs oğurladığı 20-yə yaxın toyuğu sataraq spirtli içki aldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3 maddəsilə cinayət işi açılıb. Vüsalə Cənnətova

Facebook Şərhləndirmə:

Şərhinizi yazın