Menu
Geri İrəli

40 yaşlı kişi ilə evlənən 8 yaşlı qız toy gecəsi öldü

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2013 • Baxış sayı: 256 dəfə • Şərh yoxdur
Share Button

Yəməndə 8 yaşlı qız toy gecəsi ölüb. Lent.az-ın xəbərinə görə, bu barədə Küveytin “Əl-Vətən” qəzeti yazıb. 

 Məlumata görə, Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Hardih bölgəsində 8 yaşındakı Rəvan adlı qız özündən 5 dəfə böyük- 40 yaşlı kişiyə ərə verilib.

Gərdək gecəsi cinsi əlaqə nəticəsində qızda yaranmış qanaxma onun ölümünə səbəb olub.

Hadisə sosial mediadakı ərəblərin etirazına səbəb olub. Qızla evlənən şəxsin və onu ərə verən valideynlərin cəzalandırılması tələb edilir.

Qeyd edək ki, Yəməndə 2009-cu ildə qanuni evlənmə yaşı 17-yə qaldırılıb. Lakin sonradan bu qanunun “islam qaydalarına uyğun olmadığı” əsas gətirilərək, ləğv edilib. Hazırda bu ölkədə qızların 25 faizi 15 yaşına çatmamış evləndirilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın