Menu
Geri İrəli

Sumqayıtda məhəllələrarası şahmat turnirinə start verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 15 İyul 2014 • Baxış sayı: 484 dəfə • Şərh yoxdur

10908514 iyul 2014-cü il tarixdə Sumqayıtda Heydər Əliyev abidəsinin qarşısında açıq havada məhəllə və mikrorayonların həvəskar şahmatçılarının şəhər çempionatının açılış mərasimi keçirildi.

Çempionatın keçirilməsini Sumqayıtın şahmat həvəskarları və şəhər sakinləri böyük sevinclə qarşıladı. 14-30 iyul tarixlərində keçiriləcək çempionatda yeniyetmə uşaq və gənclər, həmçinin orta və yaşlı nəslin nümayəndələri iştirak edəcəklər.

Mərasimdə şahmat üzrə Dünya və Avropa çempionu, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova da iştirak etdi. Qrossmeysterin həvəskar yeniyetmə uşaqlarla oyunu isə tədbirə toplaşanların böyük marağına səbəb oldu.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın