Menu
Geri İrəli

“Gənclər yaşıl həyat naminə” mövzusunda layihə başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2015 • Baxış sayı: 427 dəfə • Şərh yoxdur
Azəri Gənclər Alyansı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənclər yaşıl həyat naminə” mövzusunda layihəyə start verib. Lent.az-ın məlumatına görə, layihə çərçivəsində noyabrın 5-dən 7-dək Sumqayıt şəhərində 50-dən çox fəal gənclər üçün seminar keçirilir, daha sonra gənclər Abşeron rayonunda ağac əkmə mərasiminə qoşulacaqlar. Layihənin sonunda mövzu ilə bağlı sosial çarxın hazırlanıb ictimaiyyətə təqdim edilməsi də nəzərdə tutulur. Layihənin əsas məqsədi gənclərin ekoloji maarifləndirilməsi, ekoloji təbliğat və ətraf mühitin qorunması üçün təbliğat xarakterli silsilə  tədbirlərin  keçirilməsidir. Noyabrın 5-də Sumqayıtda keçirilən seminarın ilk günündə Azəri Gənclər Alyansının sədri Leyla Məmmədli “Gənclər yaşıl həyat naminə” layihəsi çərçivəsində həyata keçirəcəkləri tədbirlər barədə ətraflı məlumat verdikdən sonra seminarda iştirak edən 50-dən çox Sumqayıtlı gəncə fəal olmağa, ətraf-mühitin qorunmasında biganə qalmamağa çağırıb və yaşıl gələcəyin məhz gənclərdən asılı olduğunu bildirib. Layihənin ekspertləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Vüsal İbrahimli, Rəhman Həziyev, Elmir Musayev və “Təbiət Elmləri” İctimai Birliyinin sədri Rövşən Əkbərov seminar iştirakçılarına ekoloji maarifləndirmə mövzusunda  maraqlı  mühazirələr söyləyib və ekologiya mövzusunda elmi prezentasiyalar təqdim ediblər. Sumqayıt şəhər İcra hakimiyyətinin Gənclər idarəsinin nümayəndəsi Ceyhun Hüseynov çıxış edərək seminarda mühüm mövzuya toxunulduğunu qeyd edib və tədbir iştirakçılarına uğurlar diləyib. Seminarda gənclərlə müzakirə edilən mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Sabah seminarın sonuncu günündə  iştirakçı gənclərə sertifikatlar və mövzu ilə bağlı təbliğat materialları paylanacaq.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın