Menu
Geri İrəli

`ASAN Xidmət` Sumqayıtda da lisenziya verir

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Noyabr 2015 • Baxış sayı: 623 dəfə • Şərh yoxdur
Share Button

asan_sahibkarlara_lisenziya_181115_01Azərbaycan Prezidentinin 19 oktyabr 2015-ci il tarixli “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsi davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AzVision.az- a verilən məlumata görə, noyabrın 18-də tütün məmulatlarının, etil (yeyinti) spirtinin və alkoqollu içkilərin satışı, şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin və ölkədaxili yük daşımaları sahələrində fəaliyyət göstərən sahibkarlara İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən Sumqayıt “ASAN xidmət” mərkəzində və Bakıda 5 saylı “ASAN xidmət” mərkəzində lisenziyalar təqdim edilib.

Xüsusi razılığın (lisenziya) alınması üçün müraciətlərinə qısa müddət ərzində baxılması, lisenziyaların “ASAN xidmət” mərkəzləri vasitəsilə verilməsi, inzibati prosedurların sadələşdirilməsi, şəffaflığın təmin edilməsindən razılıq edən sahibkarlar yaradılmış şəraitə, göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın