Menu
Geri İrəli

Aynur Sofiyeva: “Sumqayıtdakı yeniliklər məni çox sevindirdi…”

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2016 • Baxış sayı: 2,541 dəfə • Şərh yoxdur

Aynur SafievaAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Sumqayıt şəhərində keçirilən ”Sağlam həyat naminə erkən nikaha yox deyək!” adlı maarifləndirici tədbirdə iştirak edib.

Tanınmış şahmatçı Aynur Sofiyeva “sumqayitxeber.com”a açıqlamasında Sumqayıt şəhərində həyata keçirilən abadlıq-quruculuq və eləcə də şəhərlə bağlı təəsüratını bölüşüb: “Təəssüf ki, bir müddətdir Sumqayıta gələ bilmirdim.  Sumqayıta daxil olanda və yenilikləri görəndə, əlbəttə ki bunlar məni çox sevindirdi. Azərbaycanda bilirik ki, günü gündən inkişaf prosesi gedir. Güclü inkişafın təməlində güclü dövlət və güclü rəhbər amili durur. Prezidentimizin xüsusi qayğısı yerlərdə, xüsusən də, Sumqayıt şəhərində hiss olunur.  Mən bu gün gördüm ki, bu tapşırıqların lazımı səviyyədə və uğurla həyata keçirilməsi Sumqayıtın son zamanlar inkişafı ilə nəticələnib. “

Aynur Sofiyeva qeyd edib ki, həyata keçirilən işlər artıq göz qabağındadır: “Bu istiqamətdə görülən işlər bizi çox sevindirir və sumqayıətlılara  uğurlar arzulayırıq. Bizim də gəlişimizin məqsədi odur ki, tikinti-quruculuq işləri çox vacib olan məsələdir. Bununla yanaşı cəmiyyətin mənəvi saflığının qorunması, mənəvi inkişafında da diqqət yetirməliyik.  Bu istiqamətdə də işlərin paralel aparılması daha böyük inkişafa gətirib çıxardır. Komitə olaraq biz Sumqayıtla bu istiqamətdə mütamadi olaraq işləyirik, bu cür tədbirlər həyata keçirdirik. Düşünürəm ki, bu günkü tədbirimiz də bu istiqamətdə lazımı addımlardan biri olacaq.  Azərbaycanda prioritet olan, çox böyük diqqət göstərilən sahələrdən biri də idmanın inkişafıdır. Əlbəttə ki, idmanın inkişafı xüsusi uzuaqgörənliklə həyata keçirilən və təməli ulu öndərimiz tərəfindən qoyulan siyasətin davamıdır. İdmanın inkişafı həm gənc nəslin sağlamlığıdır, həm də Azərbaycanın tənliğidir. Xüsusən də idmanın inkişafında şahmatın önəmi böyükdür. Bilirik ki, şahmat intelektual bir idman növüdür. Təhlil aparanda, dünyada gedən prosesləri görəndə biz müşahidə edə bilirik ki, gələcək ağlın, savadın, intelektin daha çox önəm verildiyi bir gələcəkdir. Azərbaycan gəncinin, azərbaycan uşaqlarının bu istiqamətdə inkişafı çox önəmlidir. Bu baxımdan əlbətdə ki, regionlarda şahmat məktəblərinin açılması, Sumqayıtda da yüksək səviyyədə Şahmat Məktəbinin tikilməsi qeyd olunan istiqamətdə inkişafa gətirib çıxardacaq. Uşaqların, asudə vaxtının səmərəli təşkili, onların inkişafı baxımından çox önəmlidir. “

sumqayitxeber.com

Facebook Şərhləndirmə:

Şərhinizi yazın