Menu
Geri İrəli

Azərbaycan ədliyyəsinin 95 illik yubileyi Sumqayıtda qeyd olundu

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2013 • Baxış sayı: 199 dəfə • Şərh yoxdur

Bu gün Sumqayıtın Tarixi Muzeyinin akt zalında Azərbaycan Ədliyyəsinin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Toplantıda Sumqayıt Apelyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid olan məhkəmələrin hakimləri, məhkəmə aparatının işçiləri, Sumqayıt Regional ədliyyə şöbəsinin, şəhərdə fəaliyyət göstərən icra, qeydiyyat şöbələrinin, notariat kontorlarının əməkdaşları iştirak etmişlər. Qonaqlar arasında Milli Məclisin deputatı Muxtar Babayev, şəhər İcra Hakimiyyəti başçısının müavini Rövşən Sadıhov şəhərin hüquq mühafizə orqanlarının iştirak etmişlər.

AzərTAc xəbər verir ki, öncə ədliyyə işçiləri ümummilli lider Heydər Əliyevin Sumqayıtda ucalan abidəsini ziyarət etmiş, xatirəsini ehtiramla yad etmişlər.

Toplantını Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bektaşi açaraq Azərbaycan ədliyyə sisteminin zəngin tarixindən, inkişaf yollarından, bugünkü uğurlarından danışılmışdır. O, ümummilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə gəldikdən sonra yeni siyasi formasiyada yeni, müasir tələblər səviyyəsində ədliyyə sistemi yaradıldı.

Məruzəçi ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə və uğurla davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha da qüdrətlənməsindən, ədliyyə sisteminin təkmilləşdirilməsi üzrə geniş miqyaslı islahatların aparılmasından, insan hüquqlarının etibarlı təmin olunmasından, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasından, ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışmışdır.

Sonda ” Azərbaycan ədliyyəsi – 95″ adlı videofilm nümayiş olunmuşdur .

Facebook Şərhləndirmə:

Şərhinizi yazın