Menu
Geri İrəli

Azərbaycan ərazisində yağış yağacaq, bəzi yerlərdə şaxta olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Noyabr 2013 • Baxış sayı: 227 dəfə • Şərh yoxdur
Share Button
Bakı vəAbşeron yarımadasında noyabrın 9-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı ehtimal olunur.
Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 8-12, gündüz 12-15 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 9-da arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 13-18, dağlarda gecə 0-5, bəzi yerlərdə 3 dərəcəyədək şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın