Menu
Geri İrəli

Azərbaycanda yazıçının oğlu dəm qazından boğulub

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Dekabr 2013 • Baxış sayı: 148 dəfə • Şərh yoxdur
dem qazi 23 3Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

APA- nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

 Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olub və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən 1979-cu il təvəllüdlü Ələddinov Kamran Rafiq oğlu hamam otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb.

 Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılan ilkin tibbi müayinə nəticəsində K.Ələddinovun vəfat etdiyi müəyyən edilib. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:20-də başa çatıb.

 Binəqədi rayon Polis İdarəsindən APA-ya bildirilib ki, K.Ələddinovun dəm qazından boğularaq öldüyü ehtimal edilir. K.Ələddinov tanınmış yazıçı-publisist Rafiq Səməndərin oğludur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın