Menu
Geri İrəli

“Azərikimya” İstehsalat Birliyində Milli Dirçəliş günü münasibətilə tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Noyabr 2013 • Baxış sayı: 167 dəfə • Şərh yoxdur

“Azərikimya” İstehsalat Birliyinin kollektivi Sumqayıtın Tarixi Muzeyinə ekskursiya etməklə Milli Dirçəliş gününə həsr olunmuş tədbirlərə start vermişdir. Birliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, kimyaçılara 1967-ci ildən bəri fəaliyyət göstərən, maddi-mənəvi bir xəzinə olmaqla özündə şəhərin zəngin salnaməsini yaşadan Sumqayıtın Tarixi Muzeyi haqqında ətraflı məlumat verilmişdir. Ziyarətçilərə muzeydə yaradılmış Heydər Əliyev guşəsi, burada nümayiş etdirilən sənədlər, fotoşəkillər, kitab, qəzet və jurnallar, Ulu Öndərin Sumqayıta səfərləri ilə bağlı geniş məlumat verilmiş, müasir Azərbaycan tarixinin 35 ilə yaxın bir dövrünün yeni Azərbaycanın qurucusu, müstəqilliyimizin qarantı ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu ön plana çəkilmişdir.
Qeyd edək ki, Milli Dirçəliş günü münasibətilə şəhərin bir sıra ümumtəhsil məktəblərinin 100-dənartıq şagirdi də “Azərikimya” İB-nin təşkilatçılığı və dəstəyi ilə Sumqayıtın Tarixi Muzeyini ziyarət etmişdir. Muzeyin bir-birindən maraqlı ekspozisiya zalları ilə tanış olan məktəblilər Azərbaycanın müstəqilliyi, azadlığı, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Sumqayıt şəhidləri və Sumqayıtın milli qəhrəmanları haqqında geniş məlumat toplamış, onları maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırılmışdır.
Sumqayıtın Tarixi Muzeyinin direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Olya İslamova muzeylə daimi əlaqə saxladıqlarına və onlara xüsusi diqqət göstərdiklərinə görə “Azərikimya” İstehsalat Birliyinin rəhbərliyinə dərin minnətdarlığını ifadə etmişdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın