Menu
Geri İrəli

«Azərikimya»da 3 ay öncə işə qəbul olunmuş gənclərlə görüş keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2013 • Baxış sayı: 151 dəfə • Şərh yoxdur

«Azərikimya» İstehsalat Birliyinin akt zalında ARDNŞ-nin Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim Tədris Mərkəzini bitirərək Birliyin müxtəlif idarə və müəssisələrində sərbəst əmək fəaliyyətinə başlayan gənclərlə görüş keçiril­mişdir.

Gənclərin çalışdığı müəssisələrin rəhbərlərinin, sex və istehsalat rəislərinin də iştirak etdiyi tədbirdə gənclər ixtisaslı fəhlə kadrlar kimi əmək fəaliyyətinə başladıqları 3 ay ərzində onlara göstərilən diqqət və qayğıdan, yaradılmış normal iş şəraitindən danışmış, qısa müddət ərzində özlərini kimyaçılar ailəsinin bərabərhüquqlu üzvləri hiss etdiklərini vurğulamışlar.

Qeyd edək ki, bu il Sumqayıt Təlim Tədris Mərkəzini elektrik qaz qaynaqçısı, kom­pressor qurğusu maşinisti, aparatçı, təmirçi-çilingər, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru və nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər ixti­sasları üzrə 100 nəfər gənc bitirmiş və  müxtəlif istehsalat sahələrində uğurla çalışırlar.

Görüşdə gəncləri maraqlandıran bir sıra suallar da cavablandırılmışdır.

socar azerikimya

Facebook Şərhləndirmə:

Şərhinizi yazın