Menu
Geri İrəli

“AZAL” “Sumqayıt”ın əvəzedicilərinə məğlub oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2013 • Baxış sayı: 179 dəfə • Şərh yoxdur
Share Button

Əvəzedici heyətlərin ölkə birinciliyində 12-ci turun son iki oyunu keçirilib.

“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, klubun əvəzediciləri doğma azarkeşləri qarşısında AZAL-ı 3:2 hesabı ilə məğlub ediblər.

“Sumqayıt”dan qolları Fariz Nəcəfov, Bayram Nuruzadə, Ruslan Nəsirli, AZAL-dan isə Natiq Kərimi, və Kərim Diniyev vurublar.

Komandaların əsas heyətləri isə bu gün M. Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yeni meydançasında qarşılaşacaqlar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın