Menu
Geri İrəli

Azərbaycanda ilk – Sumqayıtda velosipedçilər üçün xüsusi zolaq – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Avqust 2016 • Baxış sayı: 4,927 dəfə • 1 şərh

velosibetSumqayıt şəhərində velosipedçilərin hərəkəti üçün yolda ayrıca zolaq salınıb. 8 kilometrlik velosiped zolağı Novxanı-Sumqayıt yolunda ayrılıb. Bu zolağa daxil olan sürücülər cərimələnəcəklər.

Sumqayıtda bir ilk. Velosipedçilər yolda onlar üçün ayrılan xüsusi zolaqlardan istifadə edəcəklər.

Novxanı Sumqayıt yolundan hərəkət edən velosipedçilər bundan sonra bu yoldan daha rahat istifadə edəcəklər. Çünki, yolun kənarında onlar üçün xüsusi zolaq çəkilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Novxanı-Sumqayıt yolu 8 kilometr məsafədə təmir edilib və yeni asfalt örtüyü salınıb. Velosipedçilərin təhlükəsiz hərəkət etmələri üçün yolun sağ kənarında velosiped zolağı ayrılıb. Bununla yanaşı, piyadaların təhlükəsiz hərəkəti üçün səkilər də qoyulub.

Şəhərin mərkəzi yollarında da velosiped zolaqlarının ayrılması nəzərdə tutulur. Avtomobillər velosiped zolağında hərəkət etdikdə və ya dayandıqda yol polisi tərəfindən cərimə oluna bilərlər. Qeyd edək ki, Sumqayıtdan başqa Gəncə şəhərində də yollarda velosiped zolaqları ayrılıb.

Facebook Şərhləndirmə:

“Azərbaycanda ilk – Sumqayıtda velosipedçilər üçün xüsusi zolaq – VİDEO” yazısına bir cavab

  1. Novruzəli İtqapanlı deyir:

    Eşq olsun! Sumqayıtın yollarının hamısı genişdir demək olar ki, yəni, bütün yollara zolaq çəkmək olar. Belə şeylərlə gəlin bizə, brat, dünyanın ən böyük paxlavası, dolması ilə filan yox.

Şərhinizi yazın