Menu
Geri İrəli

«Azərikimya»da Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2015 • Baxış sayı: 884 dəfə • Şərh yoxdur

 xocali324«Azərikimya» İstehsalat Birliyinin akt zalına keçirilən anım mərasimində kimyaçılar və qonaqlar öncə 1992-ci ilin fevralın 26-na keçən gecə Er­mənistan silahlı qüvvə­lərinin və quldur dəstələrinin Xocalı şəhərində törətdikləri insanlığa sığmayan vəhşilikləri nəticəsində həlak olmuş soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Xocalıda törədilənləri terrorizm, etnik təmizləmə və soyqırımı aktı adlandıran natiqlər qeyd etmişlər ki, bu soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir. Düşmənin yaylım atəşlərinə  tuş gələrək yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xo­calılı əsir götürülərək ağla­sığmaz zülmə, təhqir və həqarətlərə məruz qalmış, 150 xocalılı isə itkin düşmüşdür ki, onların taleyi hələ də məlum deyildir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və aman­sızlıqla qətlə yetirlimişdir. Canlarını qurtarmağa müəssər olanlar isə respublikamızın 48 rayonuna səpələnərək, hələ də didərgin ömrü yaşayırlar.

«Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev  Ümummilli lider Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözlərini bu faciəyə verinən ən yüksək qiymət kimi dəyərləndirmiş, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində işğal altında olan torpaq­larımızın erməni qəsbkar­larından azad edi­ləcəyinə əmin­lik ifadə etmişdir.

Tədbirdə həmçinin Sumqayıt şəhər Bələdiyyəsinin sədri Əbülfəz Babayev, şəhər 11 saylı tam otra məktəbin direktoru, respub­likanın əməkdar müəllimi, “Şöhrət” ordenli Ofelya Babayeva çıxış edərək bu faciəyə öz münasibətlərini bidirmiş, fikirlərini bölüşmüşlər.

Sumqayıt şəhər 11 saylı tam orta məktəbin təşkil etdiyi, Xocalı faciəsini özündə əks etdirən, respublika məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi iştirakçılar tərəfindən ürək ağrısı ilə seyr edilmişdir.

Tədbirdə Bakı Uşaq Teatrının “Günay” teatr studiyasının üzvlərinin iştirakı ilə hazırlanmış ədəbi-bədii kompozisiya, gənc bədii qiraətçilər kollektivinin Xocalı hadisələri ilə bağlı ifa etdikləri şeirlər tədbir iştirakçılarına kədərli və hüznlü dəqiqələr yaşatmaqla bərabər, ordumuzun regionda ən güclü və ni­zami bir ordu olaraq hər an düş­mən üzərində qələbə çalmağa hazır olması, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müdrik daxili və xarici siyasət, ölkəmizin bütün dünyada daha da artmaqda olan iqtisasi və siyasi nüfuzu sayəsində qələbə gününün uzaqda olmadığı inamını da aşılamışdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın