Menu
Geri İrəli

Bakı ilə Sumqayıt arasında yüngül relsli dəmir yolu xətti çəkiləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Aprel 2011 • Baxış sayı: 223 dəfə • Şərh yoxdur

“Yaxın 5 ildə Azərbaycanda dəmir yolları şəbəkəsi müasirəşdirilərək yenidən qurulacaq”.  Bu barədə jurnalistlərənəqliyyat nazirin muavini Musa Penahov məlumat verib.

Nəqliyyat naziri müavininin sözlərinə görə, bu layihənin reallaşmasında azərbaycanlı mütəxəssislərlə yanaşı, dünya bankının ekspertləri də iştirak edir. Musa Pənahov bu ilin ortalarına qədər layıhə sənədlərinin əksəriyyətinin hazır olacağını və bunun əsasında tenderlər keçiriləcəyini bildirib. Bundan başqa nazir muavini ilin sonunadək Nəqliyyat Nazirliyinin Bakı və Sumqayıt şəhərləri arasında sərnişin dəmiryol nəqliyyatının təşkili məsələsini gündəmə gətirəcəyini söyləyib. Onun sözlərinə görə, bununla yanaşı yüngül dəmiryolun tikintisi məsələsinə də baxılır. Bunun üçün Nəqliyyat Nazirliyinə üç təklif daxil olub. Onların arasında Fransa və Koreya şirkətlərinin təklifləri də var. Məqsədsə Bakı ilə Sumqayıt şəhərləri arasında avtomobil yollarının yüklənmədən azad edilməsidir. İki şəhər arasındakı bu dəmiryol xəttinin uzunluğu 28 kilometr olacaq. Musa  Pənahov onu da qeyd edib ki, Sumqayıt istiqamətində metro xəttinin tikintisi də nəzərdə tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın