Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarının 100000-ci sərnişini – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2015 • Baxış sayı: 783 dəfə • Şərh yoxdur
Sentyabrın 12-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkətə başlamış ikimərtəbəli elektrik qatarlarından birinə bu gün 100000-ci (yüz mininci) sərnişin minib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bu, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1-ci kurs tələbəsi, Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Tacan Kərimlidir. QSC-nin Sərnişin daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov onu 100000-ci sərnişin olması münasibətilə rəhbərliyi adından təbrik edib, qalibə biznes-klass vaqonunda 1 (bir) ay ərzində pulsuz gediş sertifikatını və hədiyyələr təqdim edib. Daha sonra Tacan Kərimli mətbuat nümayəndələrinin və dəmir yolu rəsmilərinin müşayəti ilə biznes-klass vaqonunda yerini tutub.

14474201323628482_750x500 14474201324043759368_750x500 14474201324186719720_750x500 14474201324293025043_750x500 14474201324467737297_750x500 14474201325769118222_750x500 (1)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın