Menu
Geri İrəli

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Sentyabr 2015 • Baxış sayı: 549 dəfə • Şərh yoxdur

qatar4Sərnişinlərin qatarlardan istifadəsini asanlaşdırmaq məqsədi ilə 28 sentyabr 2015-ci ildən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən 6011/6012, 6013/6014, 6015/6016 nömrəli elektrik qatarlarının hərəkət cədvəllərində hissəvi dəyişiklik ediləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16: 00, 17:45, 18:45 və 19:45-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 07:10, 07.55, 09: 00, 17:10, 18:50, 19:50 və 20:50-da yola düşəcək.

24 sentyabr 2015-ci ildən etibarən hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Bakı sərnişin stansiyasından saat 05:10-da, Sumqayıt sərnişin stansiyasından saat 06:40 yola düşən elektrik qatarları ləğv olunacaq. Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın