Menu
Geri İrəli

Bakıda tələbə qızın öldürülməsi ilə bağlı YENİ FAKTLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2014 • Baxış sayı: 716 dəfə • Şərh yoxdur

Bacısını öldürdü, heç nə olmamış kimi dərsə getdi
bicaq4-300x185
Dünən Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Xətai rayon Polis İdarəsindən vesti.az-a bildirilib ki, cinayətlə bağlı dünən 14:00 radələrində məlumat daxil olub. Belə ki, saat 13:50-də qətlə yetirilmiş 20 yaşlı Günel Nuriyevanın kiçik bacısı (qətldə übhəli bilinən Pərvanə Nuriyevanın əkiz bacısı) kollecdən evə qayıdıb. O, özündəki açarla ilə qapını açıb, içəri daxil olan qız dəhlizdə qan ləkələrini və qırılmış vazanı görüb. Bədbəxt hadisənin baş verdiyini anlayaraq, qorxusundan otağa daxil olmadan, evdən çıxıb. Dərhal polisə məlumat verən qız eyni zamanda əkiz bacısı Pərvanəyə də zəng edib. O, musiqi məktəbində təhsil alan Pərvanəyə dəhlizdə qan ləkələrini gördüyünü deyərək, onu evə çağırıb. Pərvanə gələnə qədər polis növbətçiləri artıq evə çatıblar. Polis hadisənin təfərrüatını əvvəlcə bilmədiyi üçün Günelin bacılarını evə buraxmayıb. Həmin vaxt Pərvanə Nuriyeva bacısının ölümündən xəbərsizmiş kimi, rola girib.

Günel Nuriyevanın cəsədinə baxış keçirildikdən sonra xeyli sayda bıçaq yaraları aşkar edilib. Bundan başqa Günelin boğazının kəsildiyi də aşkarlanıb. Pərvanə Nuriyeva özünü hadisədən bixəbər kimi göstərməyə çalışsa da, buraxdığı bəzi səhvlər onun planını alt-üst edib. Polis müəyyən edib ki, Günel Nuriyevanın mobil telefonu oğurlanıb və paltaryuyan maşından yaxın saatlarda istifadə edilib. Maşının içindən qadın paltarı aşkar edilib.

Pərvanə Nuriyeva polisin suallarına soyuqqanlı cavab versə də, bu, polisi yanıltmayıb. Pərvanə musiqi kollecinə səhər saat 10:00-da getdiyini desə də, blokda quraşdırılmış kameraya baxış keçirildikdən sonra qızın yalan söylədiyi bəlli olub. Polis Pərvanə Nuriyevanın ifadə verdiyi vaxt tez-tez güldüyünü də gözdən qaçırmayıb. Nəhayət, Pərvanə bacısı Güneli öldürdüyünü sonda etiraf edib.

Hadisə ilə bağlı danışan Pərvanə, bacısı Günellə aralarında konfliktin baş verdiyini deyib. Nəticədə Pərvanə çarpayıda uzanan bacısının kürəyinə bıçaqla zərbə endirib. Bu zaman Günel bacısına müqavimət göstərməyə başlayıb. Sonra dəhlizdə bacılar arasında dava qızışıb. Günel bıçağı bacısının əlindən ala bilməyib. Nəticədə Pərvanə bacısına bir neçə bıçaq zərbəsi endirib, ardınca isə onun boğazını kəsib. Güneli öldürdükdən sonra Pərvanə bıçağı təmizləyərək, onu yerinə qoyub. Bacısının mobil telefonunu götürən Pərvanə öz paltarının qan ləkələrini itirmək üçün onu paltaryuyan maşına atıb. Və heç nə olmamış kimi, evdən çıxaraq, musiqi məktəbinə yollanıb.

İş üzrə istintaq tədbirləri davam etdirilir.

Öldürülən qızın fotosunu simsar.az-a istinadən təqdim edirik.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın