Menu
Geri İrəli

Bakıya gedən sürücülərin nəzərinə – CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2015 • Baxış sayı: 2,096 dəfə • Şərh yoxdur

995548_533208776768284_1372621213_nNəqliyyat Nazirliyinin mülkü geyimli işçiləri Sumqayıtda “iş başında”dır. 

Sumqayitxeber.com-a daxil olan məlumata görə artıq bir neçə müddətdir ki, Sumqayıt şəhərində Nəqliyyat Nazirliyinin mülkü geyimli işçiləri “1 manatlıq” yol maşınlarının fəaliyyətinə mane olur və saxlayaraq cərimələr yazır. Məlumatda qeyd olunur ki, son vaxtlar əsasən 18-ci mikro rayon dairəsi, “Elmar” marketin ətrafında Bakıya gedən yol maşınlarının sərnişin götürməsinə imkan vermirlər. Belə ki, həmin ərazidə dayanan mülki geyimli Nəqliyyat Nazirliyinin “işçi”ləri maşına əyləşərək ilk öncə “neçəyə gedirsən?” sualını verir və cavab alan kimi cibindən sənəd çıxardaraq sürücülərin sənədləri əlindən alınır və cərimə yazılır. 

Məlumatda verən şəxs bildirir ki, Nəqliyyat Nazirliyinin Bakı-Sumqayıt istiqamətində nəqliyyat sistemini nizamlamadan bu cür addım atması hər gün Bakıya iş dalınca gedən şəhər sakinlərinin vəziyyətini daha da çətinləşdirir. 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın