Menu
Geri İrəli

Belaruslu diplomatlar Sumqayıt Texnologiya Parkında olmuşlar

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2014 • Baxış sayı: 421 dəfə • Şərh yoxdur

Belarusun Azərbaycandakı səfirliyi diplomatlarının Sumqayıtdakı Texnologiya Parkının rəhbərliyi ilə görüşü olmuşdur.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə Belarusda istehsal olunan avtomobil texnikası üçün detalların və komplektləşdiricilərin birgə kooperasiya istehsalının yaradılması üzrə əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Həmçinin Belarusun və Azərbaycanın dəmiryolu nəqliyyatı üçün yük vaqonları istehsalçıları arasında əlaqələrin qurulması məsələlərinə baxılmışdır.
Görüşdə Belarus və Azərbaycan mütəxəssislərinin informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığının mümkünlüyü ilə əlaqədar fikir mübadiləsi də aparılmışdır.
Belaruslu diplomatlar texnoparkın ərazisindəki ağır maşınqayırma zavodunda və kommunikasiya sistemlərinin yaradılması üzrə laboratoriyada olmuşlar.

stp

Facebook Şərhləndirmə:

Şərhinizi yazın