Menu
Geri İrəli

Bilik Fondu Sumqayıtda ekoloji mövzuda tədbir keçirib

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2014 • Baxış sayı: 409 dəfə • Şərh yoxdur

20141030_s2 (2)Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Sumqayıt şəhəri, H.Aslanov adına 22 saylı tam orta məktəbdə “Ekoloji biliklərin təbliği” mövzusunda tədbir keçirilib. Fonddan SİA-ya verilən xəbərə görə, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, akademik Sakit Hüseynov sumqayıtlı ziyalılara və gənclərə dünyada ekoloji problemlər, respublikamızın hazırkı ekoloji vəziyyəti haqqında mühazirə oxuyub. Akademik iştirakçılara demoqrafiya, ətraf mühit və məişət ekologiyasının qarşılıqlı münasibətləri, urboekologiyanın problemləri barədə ətraflı məlumat verib.

Hazırda Sumqayıtın ekoloji durumunun xeyli yaxşılaşdığını, avtomobil tıxaclarının olmamasının ekologiyaya müsbət təsirini vurğulayan S.Hüseynov sumqayıtlıları maraqlandıran sualları cavablandırıb. Tədbir iştirakçıları Bilik Fondunun səmərəli maarifçilik fəaliyyətini yüksək qiymətləndirərək belə mühazirələrin tez-tez təşkil olunmasını istədiklərini bildiriblər.

Tədbirdə Sumqayıt Şəhər Ekologiya Mərkəzinin direktoru Emiliya Səfərəliyeva, Sumqayıt Şəhər Təhsil şöbəsinin nümayəndəsi Səadət Quliyeva, Bilik Fondunun Sumqayıt şəhəri üzrə nümayəndəsi Tahirə Səfərova, Sumqayıt orta məktəblərinin biologiya, coğrafiya müəllimləri və şagirdlər iştirak ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın