Menu
Geri İrəli

DİQQƏT: Sabah şəhərin mərkəzi bağlı olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Mart 2015 • Baxış sayı: 500 dəfə • Şərh yoxdur

tixac-1Bakıda  keçiriləcək Novruz şənlikləri ilə əlaqədar bir sıra küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq. Lent.az-ın məlumatına görə, bunu Avtosfer.az-a Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. O bildirib ki, bayram şənlikləri ilə əlaqədar martın 19-da saat 07:00-dan paytaxtın Neftçilər prospekti istiqamətində kəsişən bütün küçə və prospektlərdə nəqliyyatn hərəkətinə tədbir tam başa çatanadək məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək: “Konstitusiya Məhkəməsi və Qoşa Qala qapısının önündən başlanan tədbir daha sonra İçərişəhər, Neftçilər prospekti, Dənizkənarı bulvar boyu və digər yaxın ərazilərdə keçiriləcək. Bunu nəzərə alaraq, paytaxtın qeyd edilən hissəsinə doğru Bakı-Salyan yolunun 14-cü km-dən, Bayıl və 20-ci sahə dairələrindən, “Dalğa Plaza” hotelinin yanından, eyni zamanda, Mikayıl Müşfiq dairəsindən, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən, eləcə də Teymur Elçin-Mehdi Hüseyn, Yusif Səfərov-28 May, Yusif Səfərov-Afiyəddin Cəlilov, 28 May-Bülbül, İstiqlaliyyət-Niyazi, İstiqlaliyyət-Şeyx Şamil, İstiqlaliyyət-Azərbaycan, Şeyx Şamil-Lermantov küçə və prospektlərinin kəsişməsindən və digər hissələrdən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək”.

Vaqif Əsədov bildirib ki, paytaxt sakinlərindən, sürücü və piyadalardan, Novruz şənliyinə qatılmaq istəyən şəxslərdən xahiş olunur ki, bunu nəzərə alıb həmin istiqamətlərdə yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər. Bölgələrdən paytaxta doğru gələnlər isə Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü Kənar dairəvi yolla hərəkət edə bilərlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın