Menu
Geri İrəli

DSMF sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Fevral 2016 • Baxış sayı: 596 dəfə • Şərh yoxdur

thumb_20160211112202001Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Sumqayıt şəhərinin, Abşeron, Xızı, Qobustan və Qubadlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Bu haqda 1news.az-a fondun mətbuat xidmətindən verilən məlumata görə, qəbul 18 fevral, saat 11:00-da DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında təşkil olunacaq.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

- Fondun Aparatında                         (012) 434-12-34

- Sumqayıt şəhər şöbəsində               (018) 65-15-15

- Abşeron rayon şöbəsində                (012) 342-96-06

- Xızı rayon şöbəsində                       (02331) 5-01-64

- Qobustan rayon şöbəsində               (02024) 5-22-30

- Qubadlı rayon şöbəsində                  (01856)5-41-37

Qəbulda iştirak edəcək vətəndaşların fevralın 18-də fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın