Menu
Geri İrəli

Eldar Əzizovdan yas mərasimlərinə sərt qadağa qoyub?

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Sentyabr 2014 • Baxış sayı: 1,395 dəfə • 1 şərh

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı yas mərasimlərinin keçirilməsinə qadağa qoyub.
eldar ezizov
Bu barədə AzVision.az-a şəhər icra hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, Eldar Əzizov Mənzil İstismar Sahələrinin (MİS) rəislərinə təmtəraqlı yas mərasimlərinin birdəfəlik yığışdırılmasını tapşırıb.

Tapşırığa əsasən, MİS əməkdaşları ərazilərində olan xeyir-şər evlərini nəzarətə götürüb. Yas mərasimlərində yemək verilməsi qadağan edilib.

İcra başçısının tapşırığına əsasən, yas mərasimlərdə ancaq çay süfrəsi açıla bilər. Əks halda yemək, meyvə-tərəvəz məhsulları MİS əməkdaşları tərəfindən müsadirə edilərək uşaq və qocalar evlərinə veriləcək.

Facebook Şərhləndirmə:

“Eldar Əzizovdan yas mərasimlərinə sərt qadağa qoyub?” yazısına bir cavab

  1. kenan deyir:

    sukr ALLAH a ki buna kimse mudaxile eledi . gec ya tez bunu kimse etmeliydi .

Şərhinizi yazın