Menu
Geri İrəli

Elman Abdullayev: “Sumqayıtla bağlı yeni kitab oxusalar həmsədrlərin ədalətli mövqeyi hiss olunacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Mart 2014 • Baxış sayı: 263 dəfə • Şərh yoxdur

elmanabdullayev-ortaAzərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uarlikin Sumqayıtda 1988-ci ildə baş vermiş hadisəyə münasibətinə əks etdirən tvitinə cavab verib.

AZADİNFORM  xəbər verir ki, həmsədr  “Twitter”də belə yazıb: “Biz Sumqayıtı da xatırlayırıq. Həm Ermənistan, həm də Azərbaycan tolerantlıq və sülhün inkişafına dəstək verməlidir”.

Elman Abdullayev buna cavabında bildirib ki, Ceyms Uarlikə kitab göndərəcək: “Mən Sumqayıtla bağlı sizə yeni kitab göndərəcəm. Çoxlu yeni faktlar detallar sizi maraqlandıracaq. Araşdırmalar davam edir. Kitab “Sumqayıt 1988: cinayət və cəza” adlanır. Xocalıda cinayət törədənləri cəzalandırmaq haqqında necə? ABŞ həmsədri bu məsələni qaldıra bilərmi? O zaman həmsədrlərin ədalətli mövqeyi his olunacaq”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın