Menu
Geri İrəli

FHN Sumqayıt şəhərində reydlər keçirib

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 21 Noyabr 2014 • Baxış sayı: 441 dəfə • Şərh yoxdur

44835

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt Regional Mərkəzi və Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhərində mənzillərə baxış keçirib.

APA «Fövqəladə hallar» qəzetinə istinadən verdiyi məlumata görə, mənzil sakinləri təhlükəsizlik tədbirləri ilə bağlı tez-tez təlimatlandırılsa da, reydlər zamanı bir sıra nöqsanlar aşkar edilib. Belə ki, mənzillərin vanna otaqlarına baxış keçirilən zaman standartlara uyğun olmayan və sertifikatsız, kustar üsulla hazırlanmış su qızdırıcılarının istifadəsi aşkar olunub. Digər mənzillərin vanna otaqlarında isə nəfəslik olmadığından qapının aşağı hissəsindən hava axını üçün dəliklər açılıb.

FHN əməkdaşları həmçinin məcburi köçkünlərin yaşadığı yataqxanaya baxış keçiriblər. Baxış zaman hər hansı hadisə baş verərsə dəhlizdə təxliyə çıxışlarına mane olan dolablar və mərtəbələrdəki ümumi mətbəxdə qaz cihazının bölüşdürücü kranlarının başlığının olmadığı aşkarlanıb. Aşkar olunan nöqsanlar yerində aradan qaldırılıb.

Sakinlərə bu cür nöqsanların dəm qazının yaranmasına, zəhərlənmə və ölüm hallarının baş verməsinə gətirib çıxaracağı barədə məlumat verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın