Menu
Geri İrəli

Gənc muğam ifaçıları Sumqayıtda konsert proqramı ilə çıxış edib

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Fevral 2010 • Baxış sayı: 359 dəfə • Şərh yoxdur

mugam-asDünən gənc muğam ifaçılarının respublika müsabiqəsinin qalibləri Sumqayıtda konsert proqramı ilə çıxış edib. Konsert Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Sumqayıt şəhər İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə təşkil edilən  “2 Fevral-Gənclər Günü”  münasibətilə silsilə tədbirlər çərçivəsində həyata keçirilib. S. Vurğun adına Mədəniyyət Sarayında baş tutan konsertdə Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı cənab Vaqif Əliyev və şəhər ictimaiyyəti iştirak edib.

Konsertdə Sumqayıt Musiqi Texnikumunun tələbəsi Anar Quliyev, respublika muğam müsabiqəsinin qalibləri və mükafatçıları Abgül Mirzəliyev, Rəvanə Ərəbova, İlkin Əhmədov, Arzu Əliyeva və Babək Niftəliyev çıxış edib. Gənc muğam ifaçılarını tarda Sahib Paşazadə, kamançada Toğrul Əsədullayev, nağarada Əlipaşa Talıbov müşayiət edib.

Gənc xanəndələrin çıxışı tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın