Menu
Geri İrəli

Gənc yazarlarla Sumqayıtda görüş keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Aprel 2014 • Baxış sayı: 528 dəfə • Şərh yoxdur

Sumqayıt şəhərində 13 saylı orta məktəbin akt zalında gənc yazarlarla görüş keçirilib.

 IMG_4618Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc yazarların Sumqayıtda imza günləri” layihəsi çərçivəsində baş tutub.

Görüşdə gənc yazarlardan “Yuxumu xeyrə yozun” kitabının müəllifi Günel Eyvazlı, “Sənə qədər” və  ”Epizodik sevgilər” kitabının müəllifi Rəbiqə Nazimqızı və “Karyera Bələdçisi” və “Fərdi İnkişaf və Karyera” kitabının müəllifi Eyvaz Qocayev iştirak edib.

Məktəblilərin və gənclərin qatıldığı qatıldığı tədbiri açıq elan edən layihənin rəhbəri Türkan Rəhimova bildirib ki, bu layihəni həyata keçirməkdə məqsəd gənclər arasında kitaba olan marağı artırmaqdır və gələcəkdə də bu cür görüşlər davamlı olaraq keçiriləcək.

 Tədbirdə iştirak edən gənc yazarlar Günel Eyvazlı və Rəbiqə Nazimqızı öz yaradıcılıqlarından nümunələr səsləndiriblər. Şəxsi inkişaf yazarı Eyvaz Qocayev də görüş iştirakçılarına şəxsi inkişafla bağlı tövsiyələrini verib.

Sonda gənc yazarlar öz imzalı kitablarını görüş iştirakçılarına təqdim ediblər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın