Menu
Geri İrəli

“Hamımızı imtahandan kəsdilər, sonra 60 manat verdik, keçdik” – SDU tələbəsi

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2015 • Baxış sayı: 1,051 dəfə • 1 şərh

sduMəlum olduğu kimi, ali təhsil müəssisələrində qış imtahan sessiyasına start verilib.

Təəsssüf ki, imtahan sessiyası başlayar-başlamaz redaksiyamızın poçtuna Sumqayıt Dövlət Universitetində (SDU) tələbələrdən rüşvət yığılması ilə bağlı məktub daxil olub. Məktubda iddia olunur ki, universitetin Riyaziyyat fakültəsinin tələbələrindən bu gün rüşvət yığılıb. Adının hallanmasını istəməyən tələbənin məktubunda deyilir:

“Bütün qrup imtahandan kəsildi. Axşam saat 7-yə qədər universitetdə qaldıq. 60 manatdan yığıb verdik, məsələ həll olundu – hamı imtahandan keçdi”.

İş vaxtı bitdiyindən məsələ ilə bağlı universitetin mövqeyini öyrənmək mümkün olmadı. Sabah qarşı tərəfin də mövqeyini diqqətinizə çatdıracağıq.

Qeyd edək ki, yenicə geridə buraxdığımız 2014-cü ildə SDU-da Prezident İlham əliyevin sərəncamı ilə rektor dəyişikliyi edilmişdi. 2013-cü ilin sonlarına yaxın rektor Nadir Qəhrəmanov vəzifəsində azad edilmiş, BDU-nun prorektoru Elxan Hüseynov bu təhsil ocağına prorektor, 2014-cü ilin mart ayında isə rektor vəzifəsinə təyin edilmişdi. Təhlilçilər bu kadr dəyişikliyinin universitetdəki neqativ halların aradan qaldırılması və təhsilin müasir tələblər səviyyəsində qurulması zərurəti ilə əlaqələndirirdilər.

Elçin Əliyev, 168saat.com

Facebook Şərhləndirmə:

““Hamımızı imtahandan kəsdilər, sonra 60 manat verdik, keçdik” – SDU tələbəsi” yazısına bir cavab

  1. mustafa deyir:

    der fal ishden cixarilsin o rusfet xor melim ,yada ki rektorun adamidi ki qoz yumur …

Şərhinizi yazın