Menu
Geri İrəli

Hava buludlu və yağmurlu olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Oktyabr 2013 • Baxış sayı: 172 dəfə • Şərh yoxdur

hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-12°, gündüz 13-16°, Bakıda gecə 10-12°, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 3-8°, gündüz 15-20° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturunun gecə 1-5°, gündüz 5-9° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 7-12°, gündüz 13-18° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Temperaturun gecə 4-9°, gündüz 11-16° isti, yüksək dağlıq ərazilərdə gecə 3°-dək şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 9-13°, gündüz 15-19° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturunun gecə 9-13°, gündüz 15-18° isti, dağlarda gecə 4-9°, gündüz 10-14° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın