Menu
Geri İrəli

Hava şəraiti ilə əlaqədar xəbərdarlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Sentyabr 2013 • Baxış sayı: 147 dəfə • Şərh yoxdur
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanda yaxın 3 gün ərzində müşahidə ediləcək hava şəraiti ilə əlaqədar meteohəssas insanlara xəbərdarlıq edilib.

APA-nın xəbərinə görə, nazirliyinin açıqladığı tibbi-meteorloji proqnoza əsasən, sentyabrın 24-də Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

 Sentyabrın 25-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir. Sentyabrın 26-da isə atmosfer təzyiqinin kəskin yüksəlməsi və güclü xəzri küləyi meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın