Menu
Geri İrəli

İcra Başçısının atası Sumqayıtda dünyasını dəyişib

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2013 • Baxış sayı: 1,928 dəfə • Şərh yoxdur

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun Atası dünyasını dəyişib. Sumqayitxeber.com saytı xəbər verir ki, İcra başçısının atası İsa Məmmədov Sumqayıt şəhərində yaşayırmış.

Qeyd edək ki, Məmmədov Razim İsa oğlu 21 iyun 1966-cı ildə Ermənistan SSR Sisiyan rayonunun Ağudi kəndində anadan olub.

Razim Məmmədov 1999-cu ildə yaradılmış “Real-İnşaat” firmasının həmtəsisçisi, 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.

Azərbaycan Respublikasının Prezidentinin 26 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Onu da qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov sumqayıtlı iş adamı Zaman İsgəndərovun bacısı oğludur. 

baschi

Facebook Şərhləndirmə:

Şərhinizi yazın