Menu
Geri İrəli

“İcraetmə Və Planlaşdirma Zamani Effektiv Komandanin Qurulmasi” mövzusunda təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 3 İyun 2013 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur

BƏRDƏ GƏNCLƏRİNƏ “ICRAETMƏ VƏ PLANLAŞDIRMA ZAMANI EFFEKTIV KOMANDANIN QURULMASI”  BACARIQLARI AŞILANDI

 Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclər İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Təhsil ve bacariqların inkişafi uzrə gənclər mərkəzi: fəal gənclər və effektiv bələdiyyə xidmətləri ”  layihəsi çərçivəsində 02 İyun 2013-ci il tarixində Bərdə şəhərində yerləşən “Çinar” restoranda “Icraetmə Və Planlaşdirma Zamani Effektiv Komandanin Qurulmasi” mövzusunda təlim təşkil edilmişdir. Təliimdə Bərdə şəhərində fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və şəhər ətrafı kəndlərdən fəal gənclər iştirak etmişdirl. Təlimdə çıxış edən layihə əlaqələndirici Soltan Hacıyev layihənin mahiyyəti haqqında iştirakçılara məlumat çatdırdı.

Bir  günlük təlimdə Böyük Səda Regional Əsaslı İnkişaf İctimai Birliyinin təlimçisi  Elşən Hüseynov təlim iştirakçılarına icraetmə və planlaşdırma anlayışı, effektiv komandanin qurulması, kampaniyalarda istifadə olunacaq strategiya və taktikanın müəyyən edilməsi icraetmənin digər mərhələləri  interaktiv metodla iştirakçılara çatdırılmışdır. Təlimdə gənclər qrup işləri vasitəsi ilə advokasi ilə bağlı praktiki bacarıqlar aşılandı. Təlimin sonunda ümumi qiymətləndirmə aparıldı və təlimin təşkilatçıları ilə gələcək planlar müəyyənləşdirildi.

Təlim iştirakçılarına təlimlərdən sonra bütün layihə iştirakçıları ilə birgə görüləcək işlər haqqında məlumat verildi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın