Menu
Geri İrəli

“İlham Əliyevə sui-qəsd hazırlanır”- SENSASİON İDDİA

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2013 • Baxış sayı: 182 dəfə • Şərh yoxdur

Daşqın Gülməmmədov: “Məqsəd “inqilab tamaşası”nı səhnələşdirməkdir”

 

“Özəl mənbələrdən mənə məlum olub ki, Azərbaycan prezidenti İlham Əliyevə sui-qəsd hazırlanır. Sui-qəsddə məqsəd “inqilab tamaşası”nı səhnələşdirməkdir. Plana görə, bu inqilab sonradan genişlənərək Qazaxıstan, Türkmənistan və Özbəkistanı da bürüməlidir”.

Virtualaz.org saytının xəbərinə görə, bu sensasion bəyanatla Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədov çıxış edib. Bu məlumatı Gürcüstanın saqinform.ge informasiya agentliyi yayıb.

 

“Bəzi dairələr Azərbaycanda da “ərəb baharı” prosesləri sayaq inqilab törətməyə çalışırlar. Həmin dairələr daha sonra bu inqilabı yuxarıda adıçəkilən Orta Asiya ölkələrinə, daha sonra isə Rusiyaya ixrac etmək istəyirlər. Azərbaycanın xüsusi xidmət orqanları təcili olaraq xüsusi müvafiq tədbirlər görməlidir. Sonra gec ola və bunun nəticələri bütün Cənubi Qafqaz və Orta Asiya regionu üçün fəlakətli ola bilər” – deyə D.Gülməmmədov bildirib.

Virtualaz.org 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın