Menu
Geri İrəli

İş yoldaşını öldürən sumqayıtlı həbs edilib

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Avqust 2013 • Baxış sayı: 165 dəfə • Şərh yoxdur

Bakının Binəqədi rayonunda iş yoldaşını qətlə yetirmiş Sumqayıt şəhər sakini tutulub. ANS PRESS-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 31-də Binəqədi rayonu ərazisindəki mebel sexində iş yoldaşı, Bakı şəhər sakini Rüfət Qəmbərovu iskənə ilə vuraraq qətlə yetirən Sumqayıt şəhər sakini Cəlal Kərimov Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Qeyd edək ki, hadisə münaqişə zəminində baş verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın