Menu
Geri İrəli

İslandiya fotoqrafının Sumqayıt macəraları

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Mart 2010 • Baxış sayı: 303 dəfə • Şərh yoxdur

photo-14-06-09-05-47-05Fotoqraf və Iceland Review jurnalının baş redaktor müavini Pol Stefansson Azərbaycanda dünyanın ən çox çirklənmiş yerləri haqqında kitab üçün fotoçəkilişlər zamanı iki dəfə həbs edilib.

Stefansson Azərbaycana ötən cümə axşamı gəlib. “Hiss etdim ki, şəhərin sənaye zonasında fotoçəkiliş apararkən özümə diqqət çəkdim. Məni saxladılar və polis bölməsinə gətirərək, burada üç saat dindirdilər”, deyə Stefanson öz jurnalına bildirib. “Onlar tərcümə etmək üçün yaşlı alman dili müəllimi tapdılar. Mən ancaq fotoqraf olduğumu izah etməyə çalışırdım. Bütün sənədlərim qaydasında idi, buna görə sonda onlar məni buraxdılar”, deyə Stefansson bildirib. Lakin bundan sonra o, izlənilməyə başlayıb.

“Çərşənbə axşamı Stefansson Londona uçmazdan əvvəl qaldığı otelin kənarında bir neçə ağacı çəkmək qərarına gəlib. “Birdən üç maşınla doqquz nəfər silahlı şəxs gələrək, məni həbs etdilər. İslandiya XİN-ə zəng etməyimə icazə verdilər. İslandiyanın Moskvadakı səfirliyi dərhal zəng edərək, jurnalisti həbs edənlərdən birini telefona çağırdılar. Amma onlar danışmaqdan imtina etdilər və məni yenə polis bölməsinə apardılar”. Bu dəfə ingilis dili tərcüməçisi yaşlı qadın idi. O dedi: “Sizin ciddi probleminiz var”. Onun sözlərinə görə, polis onun avadanlığını və çəkdiyi şəkilləri müsadirə edir. Onun pasportu da alınıb.

“Məni nə ilə məşğul olmağım barədə sorğu-sual etdilər. Cavab verirdim ki, şəhərin fotoşəkillərini çəkirdim. Görünür, bu, onlara şübhəli gəlib”. Sonda polislərdən birinə kim isə, deyəsən, Azərbaycan XİN-dən zəng etdilər. Çox güman ki, İslandiya XİN və ya İslandiyanın Moskvadakı səfirliyi polis rəhbərliyinə və ya ölkə hakimiyyətinə zəng edə bilmişdi.

Birdən-birə dindirmə başa çatdı. Pasport avadanlıq və lentlərlə birlikdə geri qaytarıldı və fotoqrafı izahat vermədən otelə apardılar.

Sumqayıt – ən çox çirklənmiş şəhərlərdən biri və kimyəvi sənaye müəssisəsinin əsas tullantı mənbəyidir. Stefanssonun növbəti kitabı bir neçə belə şəhərə həsr ediləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın