Menu
Geri İrəli

İsveçrədə Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Aprel 2016 • Baxış sayı: 295 dəfə • Şərh yoxdur

tahir34Milli Məclisin sədr müavini Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti İsveçrədə işgüzar səfərdədir.  sumqayitxeber.com xəbər verir ki, nümayəndə heyətinə deputatlar Tahir Mirkişili və Azay Quliyev  daxildir.

İsveçrə parlamentinin yuxarı palatası – Kantonlar Şurasının sədri Rafael Kont nümayəndə heyəti ilə görüşdə Azərbaycan-İsveçrə əlaqələrinin inkişafından, danışıb və  Azərbaycanla əlaqələrin çox yaxşı səviyyədə olmasını vurğulayıb. Növbəti görüş Federal Xarici İşlər Departamentinin Dövlət Katibi İv Rosye ilə olub.

Dövlət katibi Azərbaycanla İsveçrə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yaxşı əməkdaşlığın olması ilə bərabər  parlamentlərarası əlaqələrin inkişafına dair göstəricilərin də məmnunluq doğurduğunu deyib. Dövlət katibi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə qarşı yönələcək hər hansı addımların əleyhinə olduğunu qeyd edib.

Səfər çərçivəsində İsveçrə parlamentinin üzvü Filippo Lombardinin rəhbərliyi ilə yaradılan yeni İsveçrə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun inauqrasiya mərasimi də  keçirilib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın